İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi "əsrin sazişi"ni islamofobiya üçün İŞİD-in iştirakının davam etməsi məqsədini güdən amerikan-sionist pazel adlandırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani öz şəxsi tvitter səhifəsində yazıb: "Əsrin sazişi" mütləq şəkildə islami ölkələrə zərbə vurmaq məqsədini güdür."
Şəmxani İranofobiya və müqaviməti zəiflətmək məqsədilə İranın sanksiya edilməsini "əsrin sövdələşməsi"nin digər məqsədlərindən adlandıraraq deyib ki, "əsrin sazişi" müqavimətə dəstək verən ölkələrin ictimai dağıntısı üçün psixoloji müharibədir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi sözlərinin davamında "Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin terror edilməsinə rəğmən, müqavimət, inqilabçı gənclərin əzmkarlıqları ilə yaşayır." -deyə bildirib.