Şəmxani: Sanksiyalar dərhal aradan qaldırılarsa, razılığa gəlməyə hazırıq

Şəmxani: Sanksiyalar dərhal aradan qaldırılarsa, razılığa gəlməyə hazırıq

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin müşaviri Şamxani iqtisadi sanksiyaların dərhal qaldırılacağı təqdirdə Tehranın sövdələşməyə hazır olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şəmxani Amerikanın NBC News telekanalına müsahibəsində deyib: İran Donald Trampla razılaşma çərçivəsində mühüm öhdəlikləri qəbul etməyə hazırdır.

Əli Şamxani bəyan edib ki, bu öhdəliklərə yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi və nüvə silahı istehsalından imtina daxildir.

Şamxani bildirib ki, İran bütün iqtisadi sanksiyaların dərhal aradan qaldırılması şərti ilə bu addımları atacaq.

NBC News xəbər verir ki, Şamxani həmçinin bildirib ki, İran uranı yalnız mülki ehtiyaclar üçün zənginləşdirməyə hazırdır və proses zamanı beynəlxalq müfəttişlərə tam çıxış imkanı verəcək.

Bu şərtlər yerinə yetirilərsə, İranın bu gün saziş imzalamağa hazır olub-olmadığı sualına Şamxani “Bəli” cavabını verib.

NBC News-un məlumatına görə, Şamxani həmçinin, "Hələ bir razılaşma ehtimalı var. Əgər amerikalılar dedikləri kimi hərəkət etsələr, mütləq daha yaxşı əlaqələrə malik ola bilərik. Bu, yaxın gələcəkdə daha yaxşı şərtlərə səbəb ola bilər" deyib.

ABŞ-ın ikili standart mövqeyini tənqid edən Şamxani Trampın “Biz İrana zeytun budağı uzatdıq” iddialarına reaksiya verib və “O, zeytun budağından danışır, amma indiyə qədər ancaq tikanlı məftil gördük” deyib.

Xəbəri paylaş

VİDEOLAR