Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
Rasthaber Azərbaycan İslamazeri.com-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Qoşunlarının (Sepah) “Qüds” xüsusi dəstəsinin keçmiş komandanı general Qasim Süleymani və "Həşdi Şabi” komandanı Əbu Mehdinin qətlə yetirilməsi təkfirçi əqidəli terrorçular üçün ən yaxşı “hədiyyə” oldu.
Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
“ABŞ və sionist rejiminin Qasim Süleymaniyə və “Həşdi Şabi” komandanı Əbu Mehdi əl-Mühəndisiyə nifrəti onların regiondakı terrorçuluqla mübarizədəki əvəzsiz rolu və ABŞ-ın anti-terror şousundakı rüsvayçılıqla bağlıdır”, - deyə o qeyd edib.
“Biz terrorçuluqla həqiqi mübarizədəki bu iki komandirə minnətdar olmalıyıq, çünki onların ağıllı komandanlığı və səmimi səyləri təkfirç terrorçuların bütün dünyada yayılmasının qarşısını aldı”, - deyə o əlavə edib.