Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsidir - Şərəf Malkoç

Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsidir -  Şərəf Malkoç

“Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir.”

Az.shafaqna.com xəbər verir ki, bunu Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə oktyabrın 22-də görüşü zamanı deyib.

“Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir – öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.

Biz Türkiyə Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanları Assosiasiyasına sədrlik edirik.”, – Şərəf Malkoç  qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR