Çərşənbə axşamı səhər saatlarında siyasi məhbusların ailə üzvlərindən ibarət bir qrup ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
Aksiya iştirakçıları arasında xeberman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı, Azel TV rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı, "Gəncə işi" üzrə həbs edilənlərin ailə üzvləri var idi. Onlar siyasi məhbusların plakatlarını qaldırmışdılar.
Aksiya iştirakçıları ABŞ səfirliyini və digər dövlətlərin diplomatik missiyalarını, habelə beynəlxalq təşkilatların nümayəndələrini həbs edilən şəxslərin məhkəmə proseslərində iştirak etməyə çağırıblar.
Turan