İran Polis Xidmətinin sözçüsü Seyid Muntazer əl-Mehdi Sistan-Bəlucistan əyalətində 2 terrorçunun tutulduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran Polis Təşkilatının sözçüsü Seyid Muntazer əl-Mehdi mətbuata açıqlama verərək, "Polis qruplarının Sistan-Bəlucistan əyalətində son 24 saat ərzində həyata keçirdiyi əməliyyatda aksiyaya hazırlaşan 2 terrorçu yaxalanıb" dedi.
Müntəzer əl-Mehdi, "Əsir alınan şəxslərdən birinin İŞİD, digərinin isə Ənsarül-Furkan terror təşkilatının üzvü olduğu müəyyən edilib" dedi.