Sionist İsrail rejiminin İrandakı hədəflərə hücumunda Tehran neft emalı zavodunun hədəf alındığı təkzib edilib.Tehran neft emalı zavodunun hazırda adi qaydada fəaliyyət göstərdiyini bildirilib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Tehran neft emalı zavodunun sözçüsü Şakir Xəfayi məlumat verib.
Bu neft emalı zavodunun obyektlərinə heç bir hücum edilməyib və ölkənin bu emal bölməsində istehsal həmişəki kimi davam edir.
O, həmçinin Tehran neft emalı zavodunun obyektlərinə hər hansı hücumu inkar edib və mümkün insidentlərə qarşı bu zavodun passiv müdafiəsinin tam hazır olduğunu bildirib.