Sionistlərin vəhşiliyi davam edir: Əl-Həccədə 150 qəzzalı şəhid edildi və yaralandı

Sionistlərin vəhşiliyi davam edir: Əl-Həccədə 150 qəzzalı şəhid edildi və yaralandı

Qəzza Mülki Müdafiə sözçüsü sionist rejim tərəfindən Əl-Həccə küçəsindəki 13 evə edilən hücumda 150-dən çox insanın şəhid olduğunu və yaralandığını açıqlayıb.

Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, sionist İsrail rejimi 7-ci məhəllədəki “Əl Həccə” küçəsindəki 13 evə zərbələr endirərək bu ərazidə onlarla insanı qətlə şəhid edib.

Qəzza Mülki Müdafiə Təşkilatı Cəbəliyyədə bombalanan evlərin Əl-Nəccar, Əbu əl-Əuf, Səlman, Hicazi, Əbu əl-Qəmsan, Əqəl, Əbu Raşid, Əbul-Tərabiş, Zoqul və Şolan ailələrinə aid olduğunu vurğulayıb.

Xatırladaq ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda şəhid olanların sayı 42 847 nəfərə, yaralıların sayı isə 100 544 nəfərə çatıb.

Xəbəri paylaş

VİDEOLAR