Sionistlər Fələstinin buğda zəmilərini yandırıblar
Fələstinin Əl-Youm şəbəkəsinin məlumatına görə, Fələstinin şimal-qərbində qanunsuz məskunlaşma prosesini araşdıran Ğəssan Daqles bildirib ki, sionistlər Qəsrə qəsəbəsində buğda zəmilərinə od vurublar. Lakin yanğınsöndürənlər yerli əhalinin köməyi ilə yanğının qarşısını ala biliblər.
Daqles bildirib ki, sionist qəsəbə sakinləri xüsusilə Nablus ətrafında hücumlarını gücləndirib və bu ərazi ətrafında yeni qəsəbə salmağa çalışırlar.
Bu gün dünyada ərzaq böhranı, xüsusi ilə buğda qıtlığı yaşandığı dövrdə sionistlərin, işğalçı İsrail rejiminin müsəlmanlara məxsus zəmilərə od vurması, bu rejimin nə qədər insanlıqdan uzaq olduğunu göstərir.