Sionistlərin Həmas tunellərindəki uğursuz əməliyyatının TƏFƏRRÜATI

Sionistlərin Həmas tunellərindəki uğursuz əməliyyatının TƏFƏRRÜATI

Sionist “Maariv” qəzetinin məlumatına görə, Həmas metrosu kimi tanınan, İslami Müqavimət Hərəkatının (HƏMAS) işğalçı hücumlara qarşı müdafiə əmri çərçivəsində, yerin altında qazdığı tunellərin uçurulması planının iflasa uğraması ilə bağlı, işğal rejimi tərəfindən bəzi yeni detallar açıqlanıb.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, xəbərdə işğal rejiminin bu planı ilə, Qəzza sərhədindən HƏMAS mücahidlərinə qarşı quru əməliyyatının başlanacağı, beləliklə də, onları tunellərinə çəkilməyə, sonra isə çökməyə məcbur ediləcəyinin hədəfləndiyi bildirilib.

Qəzetin xəbərinə görə, planın həyata keçirilməsindən əvvəl, gündəmə gətirildiyi müzakirə toplantısında, işğal rejiminin Hərbi Hava Qüvvələri komandanı Amikam Norkin gündəmə gətirilən fikirlərin əksinə bir təklif irəli sürüb. Lakin, İsrail Baş Qərargah rəisi Aviv Koçavi strateji plana əməl olunmasını tələb edib.

Bildirilib ki, planla bağlı hərəkətlər, işğal rejiminin "Divarların Mühafizəsi Əməliyyatı", Fələstin müqavimətinin isə "Qüds qılıncı" Hərəkatı olaraq adlandırdığı müharibənin davam etdiyi vaxtda, 2021-ci il mayın 14-də, işğalçı İsrail qüvvələri Qəzza sərhədinə çox yaxın olduqda baş verib.

Həmin vaxt sionist rejimin xəbər mənbələri, İsrail qüvvələrinin quru sərhədindən Qəzzaya daxil olması barədə xəbərlər yayımlandığını, lakin HƏMAS mücahidlərinin tunellərə girərək, onlarla işğalçını öldürdüyü üçün bunun uğurlu alınmadığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR