Anti-sionist Mərakeşli yəhudi mütəfəkkiri Jaco Koen deyib: “Xolokost sionistlərin Fələstini işğal etmələrinə haqq qazandırmaq üçün uydurduğu yeni bir dindir”.
Rasthaber Azərbaycan İsrail Post-a istinadən xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda “Fələstin üzrə Milli İşçi Qrup” tərəfindən təşkil edilən “Xolokost və Sionizmin gündəmi” adlı simpoziumda çıxış edən Jako Koen Xolokostun sionistlər tərəfindən qondarıldığını açıqlayıb.
İşğalçı rejimin İsrailin Xolokostdan sui-istifadə etdiyinə diqqət çəkən Koen "İsrail 70-ci illərdən bu yana bu hadisəni (Xolokost) yeni bir imic yaratmaq və Fələstin xalqına etdiklərini ört-basdır etmək üçün istifadə edir", - deyə qeyd edib.
İsrailin Xolokostdan hər zaman “təhdid altındakı bir dövlət” olduğu təəssüratı yaratmaq üçün istifadə etdiyini vurğulayan Koen “İsrail hökumətləri qorxu və zorakılığı yaymağa davam etmək üçün Xolokostu öz vətəndaşlarının şüurunda yaşatmalıdırlar və həmişə müharibəyə hazır vəziyyətdə saxlamağa cəhd edirlər”, - deyə əlavə edib.
Sionist rejimin Qolan təpələri və digər ərəb torpaqlarını işğal altında saxlamağa davam etdiyini bildirən Koen, İsrailin təhlükəsizliyə ehtiyacı olduğunu iddia edərək, "Çünki bir neçə Avropa Birliyi (AB) ölkəsi daha əvvəl bəzi İsrail məhsullarını (İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində istehsal olunan) boykot etmişdi. Daha sonra. İsrail yəhudi tacirlərin nasistlər tərəfindən boykot edildiyini əks etdirən fotoşəkilləri dərc edərək Xolokostun oxşar ssenarisini yenidən yaratmağa çalışdı..Bundan sonra bəzi ölkələr boykot etmək fikrindən daşındılar." , deyə önə çəkib.
İsrailin Xolokostun şübhəsiz bir tarixi həqiqət olduğu anlayışını yaratmağa çalışdığını və bu çərçivədə heç bir tarixi araşdırmanın aparılmasına icazə vermədiyini vurğulayan Koen sözlərinə belə davam edib:“Yəhudi Lobbisi hindular və zülmə məruz qalan afrikalılar üçün Xolokost kimi soyqırım ifadəsinin istifadəsinə mane olur. və təkcə yəhudilərə aid olması üçün əlindən gələni edir.”
Tarixdə Xolokostun bir çox fərqli formasının tətbiq edildiyini bildirən Koen, bu terminin ancaq yəhudilərə gəldikdə xatırlandığını bildirib.
İsrailin sülh istəmədiyini vurğulayan Koen "İsrail sülh istəməyən bir dövlətdir və silahı buraxmayan bir rejimin yanındadır" deyib.
Koen sonra deyib: "Almaniyada Hitler höküməti 1939-1945-ci illər ərzində milyonlarla insanı, xüsusən də yəhudiləri, romalıları, anti-nasist almanları, əlilləri, hərbi əsirləri, polyakları və digər slavyanları sistemli şəkildə qətlə yetirib. II İkinci Dünya Müharibəsi zamanı Holokost qurbanı olan yəhudilərin sayının 6 milyon olduğu bildirilir.
İngilislərin 1947-ci ildə işğal etdiyi tarixi Fələstin torpaqlarını tərk etdikdən bir il sonra bu torpaqlarda qurulduğunu elan edən İsrail, bir milyona yaxın fələstinlini məcburi sistemli köçə məruz qoymuş, 1967-ci ildə isə Fələstin torpaqlarının qalan hissəsi, İordan çayının qərb sahili, Şərqi Qüds və Suriyanən bir hissəsi, Qolan təpələrini və Misirin Sinay yarımadasını işğal edib.
İsrail 1979-cu ildə Misirlə imzalanan Kemp-Devid Sülh Müqaviləsindən sonra Sinay yarımadasından çıxsa da, Qolan Təpələri, İordan çayının qərb sahili və Şərqi Qüdsdən çəkilməyərək əbədi paytaxt elan etdi.”