İşğalçı İsrail hökuməti yəhudi mühacirlərin müqəddəs Ramazan ayında, Məscidül-Əqsaya basqınlarını davam etdirməsinə icazə verilməsi məsələsini müzakirə edəcəyi bildirilib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, sionistlərə məxsus Kanal 11 adlı telekanalın yaydığı xəbərə görə, baş nazir Naftali Bennetin sədrliyi ilə gələn həftə keçiriləcək iclasda, bu məsələ ilə bağlı yekun qərarın veriləcəyi bildirilib.
Sionist xəbər mənbələrində yer alan xəbərə görə, işğal rejiminin “Milli Təhlükəsizlik Şurası” adlı təhlükəsizlik orqanı, Ramazan ayında da yəhudi mühacirlərin Məscidül-Əqsaya basqınlarına icazə verilməsinə qərar verib.
Kanal 11 telekanalında verilən xəbərdə, işğal polisi bu ilin Ramazan ayında gərginliyin, ötən ilin eyni dövrü ilə müqayisədə aşağı olduğunu iddia edərək, məskunlaşanların basqınlarının qarşısının alınmasını tələb edən vəziyyətin olmadığını iddia edib.
Xatırladaq ki, keçən il Ramazan ayının sonunda, işğal qüvvələrinin Qüds xalqına qarşı tətbiq etdiyi təzyiqlər və Şeyx Cerrah bölgəsindəki evakuasiya planları səbəbiylə, "Qüds Qılıncı" əməliyyatı adlanan qarşıdurmalar baş verib.