Sionistlər əlil fələstinin evini altıncı dəfə dağıtdılar

Sionistlər əlil fələstinin evini altıncı dəfə dağıtdılar

Əl-İsaviyyə rayonunda yerləşən evin uçurulması İsrail qüvvələrinin müşahidəsi altında baş verib.

Rasthaber Azərbaycan “Anadolu”-ya istinadən xəbər verir ki, İsrail Hatəm Əbu Rəyyalın Şərqi Qüdsdə yerləşən evini 6-cı dəfə dağıdıb.

Əl-İsaviyyə rayonunda yerləşən evin uçurulması İsrail qüvvələrinin müşahidəsi altında baş verib.

İsaviyyə rayonunun Müdafiə Komitəsinin üzvü, aktivist Məhəmməd Əbu Hummus jurnalistlərə bildirib ki, İsrailin iddiaları əsassızdır və həmin ev tam qanuni şəkildə inşa edilib.

Ev ilk dəfə 1999-cu ildə dağıdılıb.

2009-cu ildə ev növbəti dəfə sökülərkən Əbu Rəyyalə evin damından yıxılaraq əlil olub.

Qeyd edək ki, BMT-yə bağlı OCHA qurumu hesabatında İsrail ordusunun ötən ay 24 fələstinin evini dağıtmasını qeyd etmişdi.

Xəbəri paylaş

VİDEOLAR