Sionist əsirlərin yaxınları İsrail parlamentinə basqın ediblər

Sionist əsirlərin yaxınları İsrail parlamentinə basqın ediblər

Qohumları HƏMAS-ın əlində əsir olan şəxslərin yaxınları İsrail parlamentinə (Knesset) basqın edərək deputatlarından yeni məhbus mübadiləsi razılaşması üzərində işləməyi tələb edib.

Az.rasthaber.org xəbər verir ki, bir qrup məhbus yaxını mühafizəçilərin maneələrini aşaraq işğal altında olan Qərbi Qüdsdə İsrail parlamentində Maliyyə Komitəsinin iclasının keçirildiyi zala daxil olub.

Maykalar geyinmiş və əllərində “Onları (məhbusları) geri gətirin” yazılan plakatlar tutan nümayişçilər deputatları HƏMAS ilə yeni məhbus mübadiləsinə çağırıb.

Sosial şəbəkələrdə yayılan videolarda məhbusların yaxınlarının İsrail parlamentinə basqın zamanı gərginliyin zaman-zaman artdığı görülüb.

Xəbəri paylaş

VİDEOLAR