İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi ABŞ və Səudiyyə Ərəbistanı arasında sionist İsraillə normallaşmaya dair mümkün razılaşmanın ana mövzusunun müəyyən edildiyi xəbərinə reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, israil rəsmisi bildirib:
"Ağ Ev bu normallaşma xəbərlərini tələsik təkzib etdi və bu, haqlı idi.
İmzalanmaya yaxın bir şey yoxdur, lakin ABŞ və Səudiyyə Ərəbistanı arasında dialoqda əlbəttə ki, əhəmiyyətli irəliləyiş var.".
Xatırladaq ki, sionist rejimin xarici işlər naziri Eli Koen avqustun 10-da sionist rejimin mətbuatına verdiyi açıqlamada Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin qurulması ilə bağlı razılığın əldə olunmasının “yaxın olduğunu” və bunun da "zaman məsələsi" olduğunu qeyd etmişdi.