İbridilli medialar Ümumdünya Qüds Günü ilə bir zamanda, sionist rejimin bir neçə radio kanalının sındırıldığını bildiriblər.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bir ibridilli media sionist rejimin kiberhücuma məruz qalan radio kanallarının «100 FM», «102,5 FM», «91 FM» dalğaları, həmçinin «Soul» və «Hidabroot» radiolarına şamil olduqlarını bildirib.
Məlumata görə, həmin sionist radio kanallarının internet saytlarının üzərinə «sındırılma» mesajını göstərən bir video göndərilib. Bu video ilə yanaşı, həyəcan siqnalı, ibri dilində səs yazısı, həmçinin Məscidüləqsa və raket atışı barədə təsvirlər yayılır.
İbridilli medianın iddiasına görə, kiberhücumu həyata keçirən qrup, «Xilaskar Hakerlər» adlanır. Bu haker qrupu 2020-ci ildə sionist rejimə məxsus yüzlərlə vebsaytı sındırmışdı.