Sionist rejimin ordusunda üsyan

Sionist rejimin ordusunda üsyan

Benyamin Netanyahunun siyasətləri sayəsində sionist rejim ordusunda qiyam prosesi davam edir.

Az.rasthaber.com xəbər verir ki, son məlumata əsaasən sionist Hərbi Hava Qüvvələrinin Ehtiyat Bölməsinin 180 zabiti iş yerində gəlməyəcəklərini açıqlayıblar.

Benyamin Netanyahunun siyasətlərinə qarşı etirazlar prosesi bir müddətdir ki, ordu və təhlükəsizlik qurumlarını da əhatə edib və gündən-günə genişlənir və daha çox zabit və əsgər artıq orduda xidmət etmək istəmədiyini bəyan edir.

“Əl-Ərəbi Əl-Cədid” saytının sionist Kan şəbəkəsinə istinadən verdiyi məlumata görə, bu rejimin Hərbi Hava Qüvvələrinin təhlükəsizlik bölməsinin 180 zabiti öz komandirlərinə yazdığı məktubda qondarma hərbi xidmətə etiraz olaraq hərbi xidmətdən çəkildiklərini elan ediblər.

Kan şəbəkəsinin məlumatına görə, “Konrtrol və Nəzarət” şöbəsindən olan bu zabitlər məktublarının surətini hərbi nazir “Yoav Qalanta” və Sionist Ordunun Birləşmiş Qərargah rəisi “Herzi Halevi”yə göndəriblər.

Bu məktub dünən Təl-Əvivdə təhlükəsizlik işçiləri ilə Netanyahunun siyasətinə etiraz edənlər arasında şiddətli toqquşmaların baş verdiyi və səkkiz həftə ərzində ilk dəfə olaraq etirazların zorakılıq səhnəsinə çevrildiyi bir vaxtda yazılmışdır.

Xəbəri paylaş

VİDEOLAR