25.03.2022 11:55:24
Sionist rejimin daxili təhlükəsizlik xidməti olan Şabak Xəyyam həbsxanasında tətbiq etdiyi işgəncələri etiraf etməli olub.
Az.rasthaber.com xəbər verir ki, işğalçı sionist rejim 1982-ci ildə, Livana hücumdan üç il sonra, 1985-ci ildə, Livanın işğal olunmuş ərazilərlə sərhədindən bir neçə kilometr aralıda Cənubi Livanın eyniadlı kəndi yaxınlığında əl-Xəyyam həbsxanasını təsis edib.
Şabakın açıqladığı sənədlər göstərir ki, sionist rejim həbsxanada ən dəhşətli işgəncə üsullarından, o cümlədən elektrik şoku, aclıq, səhiyyə xidmətlərindən məhrumetmə və mühakimə olmadan müddətsiz həbsdən istifadə edib.
İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin keçmiş icraçı direktoru Dalia Kerstein deyib:
"İsrailin Livanın cənubunda tətbiq etdiyi qəddar üsulları, İsrail tarixinin qara ləkələrindən biridir. İsrail orada bütün hərəkətlərini ortaya qoymayınca və orada keçmişi ilə üzləşməyincə Livanı tamamilə tərk etməyəcək".
Sionist Rejimin Hüquq Cəmiyyətinin müşaviri Den Yaker isə bu mövzuda belə deyib:
"Şabak həbsxanada məhbusların qeyri-insani şəraitdən, yemək verilməməsindən və sorğu-sual zamanı tətbiq edilən işgəncələrdən xəbərdar idi. Sənədlər İsrail hərbçilərinin, xüsusən də Şabakın, Livanın cənubunda yüzlərlə mülki şəxsin qanunsuz həbsində geniş şəkildə iştirak etdiyini göstərir".