11.03.2022 16:50:54
Sionist rejimin “Vətəndaşlıq qanunu” olaraq adlandırdığı, əslində isə fələstinli ailələrin birləşməsinin qarşısının alınması ilə bağlı qanunu Knesset parlamentinin son iki oxunuşda qəbul etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, qanun dünən (martın 10-da) işğalçı parlamentdə keçirilən ikinci və üçüncü oxunuşlarda qəbul edilib.
Bildirilib ki, parlamentin 45 üzvü qanunun lehinə, 15 deputat isə əleyhinə səs verib.
Qanun bəzi fərdləri Qüds, Qəzza və ya İordan çayının qərb sahilində qeydiyyatda olan fələstinli ailələrin yenidən birləşməsini qadağan edir. Bu qanun onların 1948-ci ildə işğal olunmuş Fələstin ərazisinə - “vətəndaşlığı”na keçməsini çox çətinləşdirir. Vətəndaşlıq əldə etmək üçün onlar çox uzun prosedurlardan və çoxlu polis araşdırmalarından keçməlidirlər ki, bu da qeyri-mümkün hesab edilir.
İşğal rejiminin fələstinlilərə qarşı bu cür münasibəti onun irqi ayrı-seçkilik siyasətindən qaynaqlanır. Çünki, bir yəhudinin dünyada harada yaşamasından asılı olmayaraq vətəndaşlıq almasının mümkün olduğu halda, 1948-ci ildə işğal olunmuş ərazidə yaşamağa məcbur edilən fələstinli bir ailənin, İordan çayının qərb sahilində, Qüdsdə və ya Qəzza qeydiyyatında olan şəxsi məskunlaşdırması qeyri-mümkündür.