Sionist rejimdən etiraf: Hizbullah PUA-ları İsrail üçün təhlükədir

Sionist rejimdən etiraf: Hizbullah PUA-ları İsrail üçün təhlükədir

İsrail rejiminin hərbi kəşfiyyat şöbəsi Livan Hizbullahının sionistlərin işğal etdiyi ərazinin bütün dərinliklərini hədəf alacaq pilotsuz təyyarələrə malik olduğunu etiraf edib.

Az.rasthaber.com xəbər verir ki, Sionist rejim dəfələrlə Livan Hizbullahının raket və PUA-larının hücum və müdafiənin müxtəlif ölçülərində İsrailin təhlükəsizliyi üçün təhlükə olduğunu açıq şəkildə etiraf edib.
"Walla" saytının məlumatına görə, 2006-cı ildə Livanın ikinci müharibəsi bitdikdən sonra, İsrail rejiminin Livana qarşı hava hücumlarından yayındığı və bu yaxınlarda Livan müqavimətindən hava qüvvələrini təhdid edən mesajlar aldığı bildirilir.
"Hizbullahın son zamanlar müxtəlif mesajlar göndərməsinə baxmayaraq, Seyid Həsən Nəsrullahın hava münaqişəsi qaydalarının əvvəlki kimi olmadığı barədə bəyanatı son dərəcə düşündürücüdür" - deyə saytda qeyd edilib.
"Jerusalem Post" qəzeti isə daha əvvəl Hizbullahın 2000 PUA-ya sahib olduğunu, bu pilotsuz təyyarələrin əksəriyyətinin qabaqcıl vəziyyətdə olduğunu və Hizbullahın onlardan sionist rejimin strateji hədəflərinə qarşı hücumlarda istifadə etmək istədiyini yazıb.
Sionist rejimin raketdən müdafiə agentliyinin keçmiş rəhbəri Uzi Rubin 3 ay əvvəl açıqladığı müfəssəl hesabatda PUA-ların İsrail rejiminə qarşı təhdidlərinə diqqət çəkərək, İsrailin bu təhlükə ilə mübarizə aparmasının çətin olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR