Sionist rejim şəhid Arurinin bacılarını əsir götürüb

Sionist rejim şəhid Arurinin bacılarını əsir götürüb

Sionist işğal rejimi Beyrutda şəhid etdiyi HƏMAS liderlərindən Salih Arurinin bacılarını saxlayıb.

Az.rasthaber.org xəbər verir ki, sionist rejim işğal altındakı İordan çayının qərb sahilində Ramallah şəhərinin şimalında yerləşən Arura və əl-Bireh qəsəbələrinə basqın edib.

Basqınlar zamanı yanvarın 2-də Beyrutda şəhid olan Şeyx Saleh əl-Arurinin bacıları Delal və Fatimə əl-Aruri saxlanılıb.

Bildirilib ki, Əl Arurinin bacıları sionist rejimə qarşı təhdidlər və terror aktları törətdikləri bəhanəsi ilə əsir götürülüblər.

Xəbəri paylaş

VİDEOLAR