Sionist rejim qüvvələri Məscidül-Əqsanın mühafizəçisini həbs edib

Sionist rejim qüvvələri Məscidül-Əqsanın mühafizəçisini həbs edib

Dünən axşam saatlarında, İordan çayının qərb sahilinin mərkəzi hissəsində yerləşən Ramallahın Sincil qəsəbəsində bir yəhudi mühacir terror aktı törədib.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, terrorçunun silahlı hücumundan sonra işğalçı İsrail qüvvələri bölgəyə basqın edib. Həmçinin, işğalçı İsrail qüvvələrinin bu qəsəbənin bəzi girişlərini 5 gündür nəqliyyat üçün bağlı saxladığı qeyd edilib.

Yerli mənbələrin verdiyi məlumata görə, sionist qüvvələr qəsəbənin iki girişini torpaq kütlələri ilə bağlayıb və üçüncü girişdə hərbi keçid məntəqəsi yaradıblar. Qəsəbə əhalisi giriş-çıxışda bu keçid məntəqəsindən keçmək məcburiyyətində qalaraq, işğalçı əsgərlərin ciddi axtarışına məruz qalırlar.

Həmçinin, dünən axşam saatlarında işğalçı qüvvələrin Cənindəki qaçqın düşərgəsindən də azad edilən keçmiş məhbus Sind Süteytini saxladığı bildirilib.

Eyni zamanda, sionist İsrail qüvvələri Qüdsdə Məscidül-Əqsanın mühafizəçilərindən birini saxlayıb.

İşğal qüvvələrinin Məscidül-Əqsanın mühafizəçilərindən olan Məhəmməd əs-Səncilavinin evinə basqın edərək axtarış apardığı, daha sonra onu nəzarət altına aldığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR