Sionist rejimə qarşı geniş və misli görünməmiş kiberhücum

Sionist rejimə qarşı geniş və misli görünməmiş kiberhücum

Sionist rejimin təhlükəsizlik rəsmisi ötən gecə sionist rejim nazirliklərinin internet şəbəkələrinə edilən kiberhücumu bu rejimə qarşı ən böyük kiberhücum adlandırıb.


"Bu, indiyədək sionist rejimə qarşı həyata keçirilən ən böyük kiberhücumdur. Araşdırmalar göstərir ki, bu hücumun arxasında böyük bir ölkə və ya təşkilat dayanır".

Sionist rejimin təhlükəsizlik rəsmisi bildirib ki, hücum Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Nazirin Ofisinə aid saytları hədəf alıb.

Sionist rejimin rabitə naziri Yoaz Handel də bununla bağlı bildirib:

"Rəsmi saytlarda yaranan problemlər kiberhücum nəticəsində baş verib..."

Xəbəri paylaş

VİDEOLAR