İşğalçı İsrail prezidenti İshaq Herzoq Fransaya səfəri çərçivəsində beynəlxalq ictimaiyyəti İrana qarşı birləşməyə çağırıb.
"Xalqlar bir-birinin kənarında dayanmalı və gec olmadan İranın nifrət alovunu şölələndirməsinə imkan verməməlidir".
Sionist rəsmi daha sonra İran İslam Respublikasına qarşı ittihamlar səsləndirərək, deyib: “Biz heç bir münaqişə cəhdini və ya öz torpağımızda bir ölkə olaraq yaşamaq kimi təməl haqqımıza təhdidləri qəbul etmirik.”
Herzoq, digər sionist tərəfdaşları kimi, İslam Respublikasına qarşı birtərəfli sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarında irəliləyişlərə mane olmağa çalışır. İsrail rejimi başçısı İran İslam Respublikasına qarşı mənfi atmosfer yaratmaq və Vyana danışıqlarında razılaşma əldə edilməsinə mane olmaq üçün hər fürsətdən istifadə edir.