Sionist rejim Əl-Cəzirə müxbirinə qarşı törətdiyi cinayətdən təəssüfləndiyini bildirib

Sionist rejim Əl-Cəzirə müxbirinə qarşı törətdiyi cinayətdən təəssüfləndiyini bildirib

İsrailin müdafiə naziri Əl-Cəzirə müxbirinin bu rejimin ünsürləri tərəfindən öldürülməsindən sonra yalnız təəssüfləndiyini bildirib.

 

Əl-Cəzirə telekanalının məlumatına görə, Beni Qantz deyib:
“Əl-Cəzirə” müxbirinin öldürülməsinə görə təəssüf edirik və fələstinliləri jurnalisti vuran şəxsi təhvil verməyə çağırırıq”.
İsrailin müdafiə naziri daha sonra sionist rejimin bu qətlə bağlı hərtərəfli araşdırma aparacağını iddia edib.
O, sionistlərin Əbu Aqiləyə atəş açmadığını iddia edərək deyib:
“İlkin sübutlar əsgərlərimizin ona atəş açdığını göstərmir, lakin biz yenə də bu haqda araşdırma aparacağıq.”

 

Xəbəri paylaş

VİDEOLAR