İsrailli hərbi ekspert bildirib ki, İranın müxtəlif pilotsuz uçuş aparatları və dəqiq silahları Tehranın asimmetrik müharibə doktrinasının bir hissəsidir.
Az.rasthaber.com xəbər verir ki, Siyasi analitik Mixail Seqal yazıb:
“İranın müxtəlif PUA-ları və dəqiq hava silahları var.
İran dronları yerləşdirmək və istehsal etmək imkanlarını inkişaf etdirməyə və genişləndirməyə davam edir. Eyni zamanda, ölkədə pilotsuz uçuş aparatları, buraxılış meydançaları və məlumatların toplanması sistemləri istehsal olunur".
Sionist hərbi ekspert təhlilin başqa bir hissəsində deyib:
"İran müharibədən əldə etdiyi dərslərin köməyi ilə müxtəlif sahələrdə bu qabiliyyəti inkişaf etdirir".
Qeyd edək ki, bazar ertəsi media mənbələri müvəqqəti sionist rejim ordusunun müdafiə bölmələrinin müqavimət qüvvələrinin hücumlarına qarşı yüksək döyüş hazırlığında olduqlarını bildiriblər.
BMT-nin silah embarqolarının ləğvi ilə İran yenidən qanuni olaraq hərbi təyinatlı silahlar ala və hətta öz yerli silahlarını dünya bazarlarında sata bilir.