Sionist rejim daha 31 israilli məhbusu öldürüb

Sionist rejim daha 31 israilli məhbusu öldürüb

Sionist İsrail ordusu Qəzza zolağında öz vətəndaşlarından daha 31 məhbusun öldüyünü açıqlayıb və bu barədə onların ailələrinə məlumat verib. Bir çox israilli məhbus daha əvvəl işğalçı İsrailin Qəzzaya hücumları zamanı həlak olmuşdu.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Ordusunun sözçüsü Daniel Həcəri keçirdiyi mətbuat konfransında deyib:

"Biz qaçırılan 31 nəfərin ailələrinə onların oğurlanmış yaxınlarının artıq həyatda olmadığını bildirdik və onların Qəzzada öldüyünü təsdiq etdik".

Həcəri yaxınlarının taleyi və vəziyyəti ilə bağlı əllərində olan təsdiqlənmiş məlumatları digər ailələrə çatdırdıqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR