İşğalçı İsrailin Qəzza zolağına hücumları davam edərkən, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları sionist İsrailin dünən həyata keçirdiyi hücumda ağır yaralanan 8 məhbusdan daha 3-nün dünyasını dəyişdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları digər yaralı məhbusların sağlamlıq vəziyyəti aydınlaşana qədər ölən məhbusların adlarını açıqlamayacaqlarını bildiriblər. Dünəndən bəri İsrailin hücumlarında ölən məhbusların sayı 5-ə yüksəlib.
Qəssam Briqadalarının dünən verdiyi açıqlamada sionist İsrailin həyata keçirdiyi bombardmanlarda 2 məhbusun həyatını itirdiyi, 8 məhbusun isə ağır yaralandığı bildirilib. Açıqlamada yaralı məhbuslara lazımi tibbi yardımın göstərilə bilmədiyi, davam edən bombardmanlar səbəbindən yaralıların həyatına görə bütün məsuliyyətin İsrailə aid olduğu bildirilib.