İşğal altında olan Fələstin torpaqlarının cənubunda yerləşən Nəcəf və Eylat bölgələrində son 24 saat ərzində yanğın hadisəsi baş verib.
Az.rasthaber.com xəbər verir ki, Nəcəf səhrasının şimalındakı Rahat şəhəri yaxınlığında yanğın baş verib. Bölgədə qara tüstünün yüksəlməsi diqqət çəkib. Yanğının Rahat şəhərindəki mütəşəkkil sənaye zonasında başladığı bildirilir.
Cümə axşamı səhər tezdən isə Eylat şəhərindəki sənaye mərkəzlərindən birində yanğın baş verib.
Yanğın davam edərkən partlayış baş verib. Partlayışdan sonra başlayan yanğında alov qonşu yaşayış məntəqələrinə də keçib.
Yanğınsöndürənlər yanğına xarici amillərin səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, Eylat bölgəsi çox sayda turistin getdiyi yerlərdən biridir.