Fələstin Əsirləri Dərnəyinin verdiyi yazılı açıqlamaya əsasən, sionist rejim rəhbərliyinin fələstinli məhbuslar və onların ailələrinin hüquqlarını pozmaqda davam etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda qeyd olunub ki, sionist rejim qüvvələri ilin əvvəlindən 83-ü qadın və 678-i uşaq olmaqla 5 mindən çox fələstinlini həbs edib.
Açıqlamada, işğalçı rejim orqanlarının ilin əvvəlindən indiyədək 2 min 350 inzibati həbs qərarı çıxardığı və bunlardan 1245-nin yeni, 1105-nin isə yenilənmiş qərar olduğu bildirilib.
Bəyanatda sionist rejimin iyulda 370, avqustda isə 362 inzibati həbs əmri verdiyi bildirilib və bu rəqəmlərin son illərin "ən yüksək" inzibati həbs əmrləri olduğunu vurğulayıb.
Açıqlamada, inzibati həbs əmrlərinin əhalinin həssas təbəqələrinə, o cümlədən qadınlara, qocalara və xəstələrə də təsir etdiyi xatırladılıb və azadlığa buraxılan fələstinlilərin daha çox bu qərarlarla hədəf alındığı qeyd edilib.
Açıqlamada inzibati həbsə etiraz olaraq 40 gündür aclıq aksiyası keçirən fələstinli məhbusların olduğu, həbs sayının artmasının həbsxanalardakı vəziyyəti daha da pisləşdirdiyi bildirilib.
Bəyanatda vurğulanıb ki, həbsxanalar sıxlaşdıqca məhbuslar əsas ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər və bu, xüsusilə xəstələrin vəziyyətinə mənfi təsir göstərir.