Sionist Qüvvələr Cenin və Kalendiya Qaçqın Düşərgəsinə basqın edib

Sionist Qüvvələr Cenin və Kalendiya Qaçqın Düşərgəsinə basqın edib

Sionist rejim ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib.

Az.rasthaber.com xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, işğal rejiminə məxsus böyük bir hərbi qüvvə bir çox nöqtələrdən Cenin şəhərinə daxil olub.

Sionist rejim ordusu basqının qarşısını almaq istəyən fələstinli gənclərə həqiqi və rezin güllələrdən istifadə edərək cavab verib.

İki qrup arasında yaranan gərginlik sonradan silahlı qarşıdurmaya çevrilib.

Sionist İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə də basqın edərək evlərdə axtarış aparıb, bir fələstinlini ağır yaralayıb, iki nəfəri isə həbs edib.

Fələstinlilərlə sionist qüvvələr arasında gedən döyüşdə işğalçı qüvvələr fələstinlilərə qarşı canlı güllə və gözyaşardıcı qazla müdaxilə edib.

Xəbəri paylaş

VİDEOLAR