Sionist qüvvələr 4 fələstinlinin evini dağıdıb

Sionist qüvvələr 4 fələstinlinin evini dağıdıb

Sionist rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus 4 evi dağıdıb, basqınlarında 15 nəfəri həbs edib.

Xeberler7.com xəbər verir ki, jurnalist Adil Ebu Nime açıqlamasında bildirib ki, işğal qüvvələri tərəfindən dağıdılan evlərdən 3-ü yaşayış evidir, biri isə tikilməkdədir.

Digər tərəfdən Fələstin Əsirləri Dərnəyi sionist rejim qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində 15 fələstinlini nəzarətə götürdüyünü açıqlayıb.

Sionist rejim əsassız bəhanələrlə Şərqi Qüds və İordan çayının qərb sahilində tez-tez fələstinlilərin ev və tikililərini sökür və bu rejimin 1967-ci ildə işğalından sonra Qüdsdə sökdüyü evlərin sayı 1900-ü keçib.

Xəbəri paylaş

VİDEOLAR