Sionist rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçmiş məhbuslar da daxil olmaqla 32 fələstinlini həbs edib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Məhbuslar Cəmiyyəti mövzu ilə bağlı belə açıqlamalar verib:
“Sionist rejim İordan çayının qərb sahilinin Əl-Xəlil, Beytullah, Ramallah, Nablus, Kalkiya və Cenin şəhərlərində keçmiş məhbuslar da daxil olmaqla azı 32 fələstinlini həbs edib.".
Bu ilin əvvəlindən həbs olunan fələstinlilərin sayı azad edilənlər də daxil olmaqla 5 mini keçib. Xüsusilə hazırda işğalçı qüvvələrlə qarşıdurmanın artması ilə həbs əməliyyatları vasitəsilə məhbuslara və onların ailələrinə qarşı sistemli hüquq pozuntuları da artır”.