İsrailin Qəzza sektoruna hücumları nəticəsində qətlə yetirilən dinc fələstinlilərin sayı ilə bağlı ən son məlumatlar açıqlanıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
7 oktyabrda davam edən İsrail bombardmanları nəticəsində qətlə yetirilən mülki fələstinlilərin sayı 3 min nəfəri keçib; onlardan da 940-ı uşaqlar və 1032-si qadınlardır.
Yaralananların sayı isə 13 750 nəfərə çatıb.