Sionist nazir: Tehranda Haniyəni öldürdüyümüz kimi, Ənsarullah liderini də öldürəcəyik

Sionist nazir: Tehranda Haniyəni öldürdüyümüz kimi, Ənsarullah liderini də öldürəcəyik

Sionist rejimin müdafiə naziri Yisrael Katz Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyənin öldürülməsinə görə məsuliyyəti rəsmən öz üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin müdafiə naziri Yisrael Katz bildirib ki, sionist rejim ordusu Yəmənin Ənsarullah Hərəkatının nəzarəti altında olan Yəmən limanlarına hücum edərək, böyük ziyan vurub və Səna hava limanını xarabalığa çevrilib.

Yəmənin Ənsarullah Hərəkatının sionist rejimə raket zərbələri endirməyə davam edəcəyi təqdirdə ağır zərbələrə məruz qalacağını iddia edən Katz deyib:

“Eynən Qəzzada İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd Deyfin və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsindən sonra, HƏMAS-ın siyasi bürosunun rəhbəri olmuş Yəhya əs-Sinvar, Beyrutda Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah və Tehranda Haniyə ilə etdiyimiz kimi, Yəməndə də Əbdülməlik əl-Husini məhv edəcəyik. İstənilən düşmənə qarşı təkbaşına özümüzü müdafiə edəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR