Sionist İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir atəşkəsin əldə olunduğu Livana hücumların davam etdirilməsini istəyib.
Az.rasthaber.com xəbər verir ki, Ben-Qvir İsrailin Qəzza zolağına ən yaxın işğalçı şəhəri Sderotda etdiyi çıxışda Livan və Qəzza ilə bağlı açıqlamalar verib.
Ben-Qvir Netanyahuya səslənərək Livana qarşı hücumların davam etdirilməsini istəyib.
Ben-Qvir, 7 oktyabr 2023-cü il tarixindən bu yana soyqırımlı İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın yenidən işğalını və bölgədə yaşayan fələstinlilərin "könüllü köç" adı ilə oradan göndərilməsini müdafiə edib.
Fələstin əleyhinə baxışları ilə diqqət çəkən Ben-Qvir noyabrın 26-da Livanda atəşkəslə bağlı keçirilən səsvermədə İsrail Təhlükəsizlik Kabinetində “yox” deyən yeganə nazir olub.
Ben-Qvirin etirazına baxmayaraq, kabinet qanun layihəsini təsdiqlədi və Livan ilə İsrail arasında atəşkəs 27 noyabrda qüvvəyə minib.