Sionist mühacirlər Məscidül-Əqsaya hücum ediblər

Sionist mühacirlər Məscidül-Əqsaya hücum ediblər

Onlarla sionist mühacir Məscidül-Əqsa və Həzrət Yusifin (ə.s) məqbərəsinə hücum ediblər.

Az.rasthaber.com xəbər verir ki, sionist mühacirlər dünən axşam və bu gün səhər Həzrəti Yusifin türbəsi və Məscidül-Əqsaya hücum ediblər.

Fələstin Əl-Youumun məlumatına görə, onlarla sionist mühacir bu gün səhər sionist rejim hərbçilərinin ağır müdafiəsi altında Məscidül-Əqsaya hücum ediblər.

Yerli mənbələr “İshaq Fasserlau” israilli nazirin işğalçı mühacirlər ilə birlikdə Əl-Əqsa məscidinə hücum etdiyini açıqlayıb.

Bu radikal sionist nazir Məscidül-Əqsaya hücumdan sonra onun müxtəlif bölgələrində təxribat xarakterli şəkildə gəzərək talmud ayinlərini yerinə yetirib.

Həmçinin “Russia Əl-Youm xəbər verir ki, bəzi mühacirlər dünən gecə işğalçı rejim ordusunun himayəsi altında Nablusun şərqində Həzrət Yusifin (ə) məqbərəsinə hücum ediblər.

Xəbəri paylaş

VİDEOLAR