Sionist mühacirlər Məscidül-Əqsaya hücum edib

Sionist mühacirlər Məscidül-Əqsaya hücum edib

Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin yaşıl işığı ilə Məscidül-Əqsaya hücum edib.

Az.rasthaber.com xəbər verir ki, onlarla sionist qəsəbə sakini Məscidül-Əqsanın ərazisinə daxil olduqdan sonra İslam əleyhinə şüarlar verib. Bu zaman sionistlərlə fələstinlilər arasında toqquşmalar baş verib.

Qeyd edək ki, bundan qabaq Məscidül-Əqsanın xətibi Şeyx İkrəmə Səbri sionist rejimin işğal olunmuş ərazilərdə və Məscidül-Əqsadakı düşmənçilik hərəkətləri barədə demişdi ki, Qüdsü qəsb etmiş rejimin bu müqəddəs məsciddəki planları heç vaxt reallaşmayacaq və Fələstin xalqı sionist rejimin məscidin hər hansı bir hissəsinə yiyələnməsinə heç bir vəchlə icazə verməyəcəkdir.

Məscidül-Əqsa son zamanlar sionistlərin sionist rejim hərbçilərinin himayəsi ilə kütləvi şəkildə məscidə basqın etmələri və daxil olmalarının şahidi olub.

Sionistlər Məscidül-Əqsaya təcavüzlərini şiddətləndirməklə məscidin zaman və məkan bölgüsünə zəmin yaratmağa çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR