"Sionist məmurların istefası Qəzzadakı məğlubiyyətlərinin açıq nişanəsidir"

İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı General Hüseyin Selami, Qəzzə müharibəsinin bitməsindən sonra Siyonist hərbi rəsmilərinin istefasını, onların Qəzzə müharibəsindəki açıq məğlubiyyətlərinin bariz bir göstəricisi olaraq qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı General Hüseyin Səlami, düşmənlərin ABŞ və Siyonist rejiminin rəhbərlik etdiyi bütün müharibələrin İslam torpaqlarında baş verdiyini bildirərək deyib:

"Düşmənlər müsəlmanların evlərini dağıtmış, qadınları və kişiləri öldürmüş, kiçik uşaqları qətlə yetirmişdir".

Mehr xəbər agentliyinin məlumatına görə, General Səlami bildirib:

"Əgər qadınların və kişilərin müqaviməti olmasaydı, düşmənlər İslam torpaqlarına daxil ola bilərdi. Lakin İran xalqının Müqəddəs Müdafiə dövründə göstərdiyi müqavimət, İran torpaqlarını Beytül-Müqəddəs, Fəth əl-Mubin və Vəl-fəcər əməliyyatları ilə təmin etdi".

Hamas və İslam Cihadının Siyonist düşmənə qarşı qazandığı zəfərin ölçülərini qeyd edən General Selami, həmçinin Qəzzə müharibəsinin bitməsindən sonra Siyonist hərbi rəsmilərinin istefasına diqqət çəkərək, bunun Siyonistlərin Qəzzə müharibəsindəki açıq məğlubiyyətlərinin bir işarəsi olduğunu vurğulayıb.

General Selami, ABŞ, İsrail və Böyük Britaniyanın bir araya gələrək müdafiəsiz bir xalqı sıxmağa çalışdığını, lakin Fələstin xalqının böyük bir müqavimətlə ayaqda qaldığını və zəfər qazandığını bildirib.

"Düşmən qarşısında heç vaxt geri çəkilmədik, heç bir nöqtədə güzəştə getmədik, düşmənin iqtisadi təcridindən narahat olmadıq və onun hərbi təhdidlərindən qorxmadıq" deyən General Selami, "Son hadisələr qanla qılıncın qarşısında qalib gəldiyini göstərdi və Fələstin xalqı, Siyonistlərə qarşı zəfər qazandı", - deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR