Sionist mediası HƏMAS hərəkatının aldatma əməliyyatı ilə İsrailin bütün təhlükəsizlik qüvvələrini ayağa qaldırmağı bacardığını və onları ayıq-sayıq olmağa məcbur etdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, “Maariv” qəzeti mövzu ilə bağlı yazdığı köşə yazısında bu hesablanmış aldatma əməliyyatının Bayraq Yürüşü zamanı həyata keçirildiyini və bunun İsrailin təhlükəsizlik strukturunu ayıq-sayıq olmağa məcbur etdiyini bildirib.
Sionist Rejim Ordusu Radiosunun ekspertləri isə bu barədə: “Keçən həftə Bayraq Yürüşləri zamanı HƏMAS İsrail ictimaiyyətinə qarşı hərtərəfli müharibəyə başladı", - deyə bildirib.