Sionist İsrailin Suriyanı bölmək planı üzə çıxdı

Sionist İsrailin Suriyanı bölmək planı üzə çıxdı

İbrani qəzetlərindən biri sionist rejimin Suriyanı bir neçə bölgəyə bölmək planına işarə edib.

Az.rasthaber.com xəbər verir ki, Mehr Xəbər Agentliyinin Əl-Məyadindən verdiyi xəbərə görə, İbranicə “İsrail Hayom” qəzeti sionist rejimin Suriyanın bir neçə bölgəyə bölünməsi üçün beynəlxalq mexanizm yaratmaq planını tədqiq etdiyini açıqlayıb.

Xəbərdə bu planın araşdırılması prosesinin gizli olduğu bildirilirdi.

Bu xəbərə əsasən, sözügedən plan sionist rejimin müharibə naziri Yisrael Katzın sədrliyi ilə keçirilən iclasda müzakirə edilib. Təhlükəsizlik mənbələri bildiriblər ki, İsrail rejimi Suriyada işğal olunmuş əraziləri tərk etməyi düşünmür.

Soyqırımçı İsrail rejiminin Hərbi Nazirlər Kabinetinin üzvü Eli Koen Suriyanın bölünməsi ilə bağlı konfransın keçirilməsinin zəruriliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR