HƏMAS-ın verdiyi yazılı açıqlamada sionist İsrailin baş naziri Benyamin Netanyahunun Ramazan ayında fələstinlilərin Məscidül-Əqsaya girişinə məhdudiyyət qoyulması ilə bağlı fikirlərinə reaksiya veriblər.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda Netanyahunun qərarı “Sionist İsrail hökumətində radikal yəhudi məskunlaşanların Fələstin xalqına qarşı apardıqları sionist cinayətin və dini müharibənin dərinləşməsi” kimi qiymətləndirilib.
Bəyanatda namaz qılmağa gələnlərin girişinin məhdudlaşdırılmasının “Müqəddəs Məscidül-Əqsada ibadət azadlığının pozulması” mənasına gəldiyi qeyd edilib və bunun işğalçı İsrailin Ramazan ayında Məscidül-Əqsaya hücumlarını artırmaq niyyətini göstərdiyi vurğulanıb.
Bəyanatda Qüds, İordan çayının qərb sahili və İsraildə yaşayan fələstinlilərə “bu cinayət qərarı”nı rədd etməyə və müqavimət göstərməyə çağırılıb və onlardan “hərəkətə keçib Məscidül-Əqsaya axışmaları” istənilib.