Sionist İsrail ordusu Yəmənin cənubundakı Hudeydə şəhərinin Rəs İsa, əl-Səlif və Hudeydə limanlarına qarşı hücum hədəsi və məcburi təxliyyə ilə bağlı xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrail Ordusunun sözçüsü Aviçay Adraey sosial media hesabında Yəmənin Hudeydə əyalətində 3 limanı qeyd edən xəritəni paylaşıb.
Hudeydə əyalətinin Ras İsa, əl-Səlif və Hudeydə limanlarında olanların oranı tərk etmələri lazım olduğunu söyləyən Adraey, “Husilərin (Ənsarullah) bu limanlardan hərbi məqsədlər üçün istifadə etdiyini” iddia etdi.