İnformasiya mənbələri sionist hərbçilərin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə qarşı basqınından xəbər veriblər.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, sionist hərbçilər əl-Birə şəhərinə və Ramallahın qərbində yerləşən Budrus kəndinə hücum edib, fələstinli gənclərlə toqquşublar. Onlar atəş açmaq və gözyaşardıcı qaz buraxmaqla bir qrup fələstinlini yaralayıblar.
Sionist hərbçilər Nablusun şərqində yerləşən Diyr əl-Hətəb kəndinə basqında isə bir qrup fələstinlini həbs ediblər.
Çərşənbə axşamı günü də Qüdsü işğal etmiş rejimin xəfiyyə qüvvələri fələstinlilərin Nablusun şərqində yerləşən Bəlatə düşərgəsinə basqın ediblər. Bu basqın zamanı sionistlərin açdıqları atəş nəticəsində üç fələstinli şəhid olub, altı nəfər isə yaralanıbdır.
Sionist hərbçilərin düşmənçilik hərəkətlərinin fonunda qeyd edək ki, bundan qabaq fələstinli müqavimət qrupları Qüdsdə və qərb sahilində fələstinlilərə qarşı hər hansı təcavüzkar hərəkət barədə sionistlərə xəbərdarlıq etmişdilər.