Sinqapur höküməti ölkədə tibb işçilərinin hicab geyinməsi ilə bağlı rəsmi mövqeyini dəyişmək niyyətindədir.
Rasthaber Azərbaycan xəbər verir ki, Sinqapur rəhbərliyi ölkədə tibb işçilərinin hicab geyinməsi ilə bağlı rəsmi mövqeyini dəyişmək niyyətindədir.
Sinqapurun daxili işlər naziri K.Şanmuqam tibb bacıları və hicaba dair sualı cavablandırarkən bildirib ki, bu məsələ təxminən 2 həftə öncə parlamentdə qaldırılıb.
O deyib ki, “hicab geyinmək istəyən tibb bacılarına buna icazə verilməlidir”
“Bu məsələ müzakirə edilməkdədir və bundan sonra, bizim baxışımızca, dəyişikliklər gələcək”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, müxtəlif dövlət departamentlərinin məmurları və hətta Sinqapur prezidenti də hicablıdır, ona görə də tibb işçilərinə tətbiq edilən qağadanın ləğvi də məntiqli olacaq.