Şimali Koreya lideri Kim Çen Inın olduğu zirehli qatar Rusiyaya çatıb. Rusiyanın “Rossiya-1” dövlət televiziyasının paylaşdığı məlumata görə, qatar bu səhər Həsən stansiyasından “son dərəcə məxfi” şəkildə keçib.
Az.rasthaber.com xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın olduğu zirehli qatar Primorsk diyarında Razdolnaya çayı üzərindəki körpüdən keçərək Rusiya ərazisinə daxil olub.
Sputnik müxbirinin məlumatına görə, Kimi daşıyan yaşıl vaqonlarla zirehli qatar bu gün səhər saat 05:15-də Razdolnaya çayı üzərindəki körpünü keçdikdən sonra şimala doğru hərəkətini davam etdirib.
Rusiyanın “Rossiya-1” dövlət televiziyasının paylaşdığı məlumata görə, qatar bu səhər Həsən stansiyasından “son dərəcə məxfi” şəkildə keçib. Ussriyskdə qatarın lokomotiv heyəti dəyişdiriləcək, daha sonra qatar Trans-Sibir Dəmir Yolu ilə qərb istiqamətində səyahətinə davam edəcək.