Şimali İraqdakı ABŞ bazasına növbəti hücum

Şimali İraqdakı ABŞ bazasına növbəti hücum

Şimali İraqda Ərbil hava limanı yaxınlığındakı ABŞ bazasının pilotsuz uçuş aparatları ilə hədəf alındığı açıqlanıb.

Az.rasthaber.org xəbər verir ki, Ərəb mediasının məlumatına görə, İraq İslami Müqavimət Təşkilatı Ərbil hava limanı yaxınlığındakı ABŞ bazasını pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

Sionist İsrailin oktyabrın 7-də Qəzzaya hücumlarından sonra ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumları artıb.

ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var.

Xəbəri paylaş

VİDEOLAR