Şiə partiyalar sünni bölgələrdən səs qazana bilərlər - Məşhədani

Şiə partiyalar sünni bölgələrdən səs qazana bilərlər - Məşhədani

Qarşıdakı parlament seçkilərində şiə siyasi partiyalar sünni bölgələrində qələbə əldə edə bilərlər.

Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, İraq parlamentinin sabiq sədri və sünni "Əl-Əzm" ittifaqının lideri Mahmud əl-Məşhədani seçkilər ilə bağlı açıqlama verib.  

O vurğulayıb ki, qarşıdakı parlament seçkilərində şiə siyasi partiyalar sünni bölgələrində qələbə əldə edə bilərlər.  

"Bu partiyaların səs almaq şansları çoxdur. Bir sünninin və yaxud da kürdün baş nazirliyi qazanması mümkün deyil", - deyə Mahmud əl-Məşhədani diqqətə çatdırıb.   Mahmud əl-Məşhədani qeyd edib ki, lakin sünni "Əl-Əzm" ittifaqının namizədi İraq parlamentinin sədri postuna seçilə bilər.

Xəbəri paylaş

VİDEOLAR