Şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə mənzil verildi

Şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə mənzil verildi

Vətən müharibəsində xüsusi rəşadət göstərərək şəhid olan hərbi qulluqçu Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

Rasthaber xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunur ki, yeni mənzil C.Dövlətzadənin ailəsinə təqdim edilib.

Xatırladaq ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid C.Dövlətzadə Vətən müharibəsində ermənilərin bir general və 2 polkovnikini təkbaşına məhv etdikdən sonra qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Xəbəri paylaş

VİDEOLAR