Seyid Həsən Nəsrullah deyib: Heç bir Amerika və ya İsrail zülmü bizim iradəmizə qalib gələ bilməz.
Az.rasthaber.com Seyid Həsən Nəsrullahın çıxışından bəzi hissələri təqdim edir:
"Şəhid ailələrini şəhidlik münasibəti ilə təbrik edirik.
Əl-Qəssam Briqadaları, İslam Müqaviməti, Əl-Qüds Briqadaları və Livandakı mülki şəhidlərin şəhadətini qeyd edirik".
Əl-Əqsa tufanı döyüşü birdən çox cəbhə gedir.
Sionistlərlə mübarizə dini baxımdan qanunidir.
"Qəzza xalqının dünyada misli yoxdur. Onlara salam olsun".
"Heç bir Amerika və ya İsrail zülmü bizim iradəmizə qalib gələ bilməz.
"İsrailə - sionistlərərə, təcavüz edən düşmənə qarşı humanitar, hüquqi və dini müstəvidə apardığımız döyüşlər qədər vacib bir döyüş tapa bilməyəcəyik."
"Bu əməliyyat Fələstin üçün, fələstinlilər tərəfindən təşkil olunub və yalnız Fələstinin maraqlarına uyğundur".
"Qərar vermə müqavimət qruplarının liderlərinin üzərinə düşür və İran onlara təzyiq etmir, onlara nəzarət etmir. Sadəcə olaraq onları dəstəkləyir və muxtariyyətlərinə hörmət edir".
Seyid Həsən Nəsrullah həlak olanların ailələrinə:
"Oğullarınız insanlıq, əxlaq və qanunilik baxımından misilsiz döyüşdə fərqləndilər".
"Bu müharibə Allah yolunda ən müqəddəs və ən üstün döyüşdür".
"Bu xalqın dik duruşunu anlatmaq üçün dillərimiz acizdir".
"Bizim əsl gücümüz imanda, bəsirətdə, şüurda, işə dərin bağlılıqda və şəhid ailələri arasında böyük fədakarlıq istəyindədir".
"İraq döyüşçülərinə də, yəmənli döyüşçülərə də salamlarımı çatdırıram. Onlar da bu müharibənin tam qəlbindədir".
"Bu gün mən bütün diqqətimi cari hadisəyə yönəldəcəyəm ki, biz öz vəzifələrimizi və baxışlarımızı müəyyən edə bilək".
"İsrail işğalının son bir neçə ili sərt və qəddar olub. İsrail hökuməti qəddar, ağılsız və vəhşidir".
"Dünyanın ən güclü ordusu olması ilə öyünən İsrail haradadır? Hava qüvvələriniz haradadır? Yüksək keyfiyyətli silahlarınız haradadır?"
"İsrail Amerikanın strateji səhmlərinə çıxış əldə etdi və 10 milyard ABŞ dolları istəyir, bu güclü və müstəqil ölkədirmi? İsrailə hərbi və mənəvi dəstək verən Avropa hökumətləri necə?"
"Bu hadisə sionist varlıqda, ictimai, siyasi və hərbi sahədə zəlzələ ilə nəticələndi və bu varlığın mövcudluğu və gələcəyi üçün təsirləri olacaq".
""Əl-Əqsa tufanı" əməliyyatı zəiflik və rüsvayçılığı ortaya qoydu və İsrail hörümçək torundan həqiqətən də zəifdir".
"Amerikanın İsraili dəstəkləmək cəhdi uğursuzluğa düçar oldu, İsrailin mənəvi və hərbi dəstək üçün bütün Amerika donanmasına ehtiyacı olması İsrailin zəif olduğunu göstərir".
"Qəzzanın blokadası qəddarcasınadır. 2 milyondan çox insan stresli vəziyyətdə yaşayır və dünyada heç kimin vecinə deyillər.
"Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı.. heç biri Qəzza xalqının aqibəti ilə maraqlanmırdı".
"Dünya Fələstini unudub, bu, dünya üçün son prioritetdir, şərtlər isə pisləşməyə davam edir".
"Oktyabrın 7-də böyük bir hadisə baş verməli idi və bu, dünyada insanlıq məsələsini yenidən gündəmə gətirdi".
"Oktyabrın 7-də Əl-Qəssam və digərləri tərəfindən həyata keçirilən əməliyyat böyük və mübarək bir əməliyyat idi və bu, 100% Fələstin qərarı idi və icraçısı da 100% Fələstin idi".
""Əl-Əqsa tufanı" əməliyyatı gizliliyini qorumaq üçün hətta digər müqavimət qruplarından da gizlədilib, hətta bizim bundan xəbərimiz yox idi".
""HƏMAS"dakı qardaşların bu çıxışı münaqişənin əsl kimliyini sübut etdi. Qərbin Fələstinin İrana və ya digər qruplaşmalara tabe olması və ya asılı olması haqqında hekayə uydurmasının qarşısını aldı".